47

1
0

Aygün Brillianta söz atdı: “Siz olan yer toydur”

Xalq artisti Aygün Kazımova ötən həftə onu tənqid atəşinə tutan həmkarı Brilliant Dadaşovaya söz atıb. Milli.Az axşam.az-a istinadən bildirir ki, o, toy məclislərinin birindən videosunu paylaşıb. Şərh bölməsinə isə "Siz olan yer toydur, biz olan yer səhnədir" deyə, yazıb. Qeyd edək ki, sənətçilər arasında qalmaqalın yenidən alovlanmasına səbəb B.Dadaşovanın paylaşımında yazdığı bu sözləri olmuşdu: "Yaxşı ki, Mirzə Babayev bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən "əsas müğənni" adlandırıldığını da görmədi". };Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: