85

3
0

Behiştin bu qatında ancaq bu xüsusi insanlar olacaq

İman əhlinin Allah Təalaya olan sevgisi müxtəlif dərəcələrə malikdir. Bəzi bəndələr itaəti Allahın əmrlərini yerinə yetirib, haramlarından çəkinməkdə görürlər. Onlar Allaha qorxu üzündən itaət edirlər, sevgi üzərindən deyil. Allah Təalanın da bu bəndələrinə olan sevgisi - dünyada yaxşı işlər üçün tofiqat vermək və axirətdə behiştlə mükafatlandırmaqdır. Ancaq Allah bəndələri arasında elələri vardır ki, Allahı ancaq Özünə görə sevirlər, nə behiştinə tamahına görədir, nə də cəhənnəmindən qorxduqları üçündür. Onlar itaət məqamında deyərlər: "Sərvərim! Mən sevgindən susuzam ki, sirab olmuram". "Məhəbbət təamı necə də şirindir!". "Allahım, tutaq ki, əzabına səbir etdim, bəs Səndən ayrılığa necə səbir edim ki?!". Allah Təalanın bu bəndələrinə sevgisi isə tamamilə başqa xarakter daşıyır. Allah bu bəndələri haqqında Qüdsi hədisdə buyurur ki, Mən bu bəndələrimi sevdiyim üçün onların eşidən qulağı, danışan dili və görən gözü oluram. Allah, bu bəndələrinin dili ilə danışar və onların gözü ilə görər. Onların ruhunu ətirləndirər. Ancaq Allahın elə bəndələri də vardır ki, dünyaya hərisdirlər. Bütün səy və çalışmaları bu dünya üçün olar. Bu insanların Allah sevgisi ancaq bəlaya düşən zaman Ondan yardım istəmək şəklində özünü göstərir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər bir halda Allahı həqiqi sevən bəndələrinin sayı azdır. Adətən, Allahın ibadətini yerinə yetirən bəndələr, İmam Əlinin (ə) də buyurduğu kimi, ya qul kimidirlər, ya da tacir. Allahı həqiqi sevən və onun behiştinə tamah etməyən bəndələri çox azdır. Bu bəndələr dünyada ancaq Allaha xatir yaşayarlar. Necə ki, Məsumlarımız (ə), xüsusilə də İmam Əli (ə) yaşayırdı. "Kumeyl" duasında buyurduğu kimi, İmam Əli (ə) Allahı cəhənnəmdən qorxduğu üçün sevmirdi, o Həzrətin (ə) qorxusu ona görə idi ki, cəhənnəmə düşsə, Allahın vüsal və ayrılığına necə dözə biləcəkdi?! Yəni, bu insanların əqidəsi tamamilə başqadır. Onlar Allahı həqiqətən dərk etmiş və Onun zatının nurunu görmüş insanlardırlar. Onları düşündürən və yaşadan tək arzu - Allah sevgisidir. Dünyada bu insanlar İlahi qürb məqamına çatmış və Allahı qəlb gözü ilə görüb, dərk edən bəndələrdir. Allah onların həm ruhuna, həm də bədəninə nüfuz etmişdir. Allah behişti-əlada bu insanlar üçün xüsusi məkan hazırlamışdır ki, o məkanda ancaq Allahı həqiqi sevən bəndələr cəm olacaqdır. Onlar behişt nemətlərinə deyil, Allahın nurani zatına diqqət edəcək və Ondan ilham alacaqlar. Behişt nemətləri onların nəzərində çox kiçik olacaqdır. (Həvzəh) Allah Təala bizləri də Onu sevən həqiqi bəndələrindən etsin. Amin! Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: