43

0
1

“EYOF Bakı 2019”: Dörd günün yekununda medal siyahısına Rusiya komandası başçılıq edir

"EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında dörd günlük idman mübarizəsinin yekununda 33 ölkənin təmsilçiləri medal qazanıblar. Milli.Az Trend-ə istinadən bildirir ki, dörd günün nəticələrinə əsasən medal siyahısına Rusiya yığma komandası başçılıq edir. Bu komandanın aktivində 32 (13-8-11) medal var. Hesabında 19 (9-5-5) medal olan Azərbaycan millisi ikinci pillədə qərarlaşıb. Komandamızın heyətində güləşçilərimiz 8 qızıl, 5 gümüş və 3 bürünc, cüdoçularımız isə 1 qızıl və 2 bürünc medal qazanıblar. Güləşçilərimizdən yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar. "EYOF Bakı 2019"un medal siyahısında ilk üçlüyü 6 qızıl, 4 gümüş və 5 bürünc medalla Türkiyə seçməsi tamamlayır. Böyük Britaniya 12 (5-5-2) medalla dördüncü, İtaliya isə 11 (4-4-3) medalla beşinci pillədə yer alıb. });Festivala iyulun 27-də yekun vurulacaq. Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: