53

5
0

"EYOF Bakı-2019": Qızlar arasında idman gimnastikası üzrə finalmılar müəyyən edilib

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası yarışlarında qızlar arasında 4 müxtəlif hərəkətlər üzrə finalçılar müəyyən edilib. Milli.Az Trend-ə istinadən bildirir ki, sərbəst hərəkətlərdə finala Viktoriya Listunova (Rusiya), Andreiya-İoana Stankiulesku (Rumıniya), Yana Vorona (Rusiya), Silviana-Mariya Sfirinqu-George (Rumıniya), Alizi Letrange-Moakit (Fransa), Veronika Mandriota (İtaliya), Mikol Minotti (İtaliya), Culiya Birk (Almaniya) vəsiqə qazanıblar. Azərbaycan gimnastı Milana Minakovskaya 11.800 bal yığaraq 30-cu yerdə qərarlaşıb. Dayaqlı tullanmada finala Andreiya-İoana Stankiulesku (Rumıniya), Silviana-Mariya Sfirinqu-George (Rumıniya), Anastasiya Motak (Ukrayna), Viktoriya Listunova (Rusiya), Yana Vorona (Rusiya), Lilli Habisrütinger (İsveçrə), Bilge Tarhan (Türkiyə), Veronika Mandriota (İtaliya) çıxıblar. Azərbaycan gimnastı Milana Minakovskaya 12.350 bal ilə 24-cü yeri tutub. Müxtəlif hündürlüklü paralel tirlərdə hərəkətlərdə finala Viktoriya Listunova (Rusiya), Andreiya-İoana Stankiulesku (Rumıniya), İrina Komnova (Rusiya), Yuta Verkest (Belçika), Darya Murjak (Ukrayna), Lena Bikel (İsveçrə), Tatyana Levçuk (Belarus), Marqo Dandois (Belçika). Azərbaycan gimnastı Milana Minakovskaya 9.700 bal toplayaraq 71-ci yedə qərarlaşıb. Dəstəli atda hərəkətlərdə finala Ondin Açamponq (Böyük Britaniya), Holli Hilton (Böyük Britaniya), Klaris Passeron (Fransa), Alizi Letrange-Moakit (Fransa), Silviana-Mariya Sfirinqu-George (Rumıniya), Mikol Minoti (İtaliya), Viktoriya Listunova (Ruisya) və Veronika Mandriota (İtaliya) çıxıblar. Azərbaycan gimnastı Milana Minakovskaya 9.950 bal ilə 64-cü yeri tutub. XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü keçirilib. });İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparıb. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edib. Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək. Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: