60

1
0

"EYOF Bakı 2019"un 5-ci gününün yarışlarının CƏDVƏLİ

Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçirilir. Milli.Az Trend-ə istinadən xəbər verir ki, 5-cİ yarış günündə festivalın proqramında yer alan 6 idman növü (atletika, üzgüçülük, idman gimnastikası, velosiped idmanı, cüdo, tennis) üzrə yarışlar baş tutacaq. Azərbaycan yığması bunların 5-də təmsil olunacaq. 25 iyul İdman gimnastikası Fərdi çoxnövçülük, final Səməd Məmmədli Atletika Qızlar, hündürlüyə tullanma, təsnifat Ləman Hüseynova Qızlar, 100 m, maneələri dəf etməklə, I mərhələ Ayana Seyuşeva Oğlanlar, 800 m, I mərhəl Vahid Kərimov Velosiped idmanı Qızlar, şosse yürüşü Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova Oğlanlar, şosse yürüşü Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov Üzgüçülük Oğlanlar, 50 m, sərbəst üsulla, təsnifat Maksim Petrenko });Oğlanlar, 100 m, batterflyay, təsnifat   Ramil Vəlizadə Oğlanlar, 200 m, sərbəst üsulla, təsnifat Maksim Petrenko Qızlar, 100 m, batterflyay, final Məryəm Şeyxəlizadəxangah Cüdo Qızlar 57 kq, 1/16 final Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya) Oğlanlar 66 kq, 1/8 final Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan) 73 kq, 1/8 final Vüqar Talıbov - Cianis Yauseyenka (Belarus) / Mustafa Həbib (Bosniya) Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür. Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: