91

2
1

Məscid icmasının üzvü ona verilən fitrə pulundan məscidə hədiyyə edə bilərmi?

Məsciddə yığılan fitrə pulunu əvvəlcədən razılaşdırılmış şərtlə məscid icmasının üzvlərindən birinə versələr, o da həmin puldan cüzi məbləği özünə götürdükdən sonra əsas məbləği məscidin xərcləri üçün hədiyyə etsə, olarmı? Fitrə zəkatının hamısı fəqirlərə verilməlidir. Şəriətimiz fitrə zəkatı üçün başqa xərclənmə yeri təyin etməyib. Yığılan fitrə pulunu fəqirdən başqa bir yerə xərcləmək günahdır. Məscidin xərclərini bu pulla təmin etmək olmaz. Üstəlik, əgər pul verilən şəxs pulu geri qaytarırsa, deməli, heç özü də fəqir deyil. Məscidin zəruri xərcləri üçün pul lazımdırsa, bunu yığılan ianə və sədəqələr hesabına etmək olar. Zəkat pulundan da bu xərc təmin edilə bilər. Ya da müctəhiddən icazə almaq şərti ilə xümsün İmam malı hissəsindən məscidin xərclərinə pul ayırmaq olar. Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: