65

5
2

"Qəbələ" "Dinamo"ya qarşı

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir. Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" bu gün mübarizəyə start verəcək. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi "Dinamo"sunu qəbul edəcək. "Qəbələ" 2015-2016-cı illər mövsümündə də bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb. Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq. 25 iyul Avropa Liqası II təsnifat mərhələsi, ilk oyunlar 19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan) Baş hakim: Nikolas Uolş (Şotlandiya) Qəbələ şəhər stadionu Milli.Az });

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: